Fərhad Tapdıqoğlu: - Çək

(hekayə)
Çək-məçi Çərkəz kiçik qardaşı Mərkəz və qonşusu Təbrizlə evlərinin yaxınlığında yerləşən böyük gölə tərəf yol aldılar.Gecə gölə tor atmışdılar.Getdilər toru çək-məyə..Çərkəz də ,Mərkəz də,Təbriz də toru dartmağa ,çək-məyə başladılar..O çək-di...bu çək-di...o biri çək-di..
Aha! Torda bir iri balıq vardı ,çək-i.
Çək-məçi Çərkəz,qardaşı Mərkəz,qonşu Təbriz köməkləşib,çək-i balığını yaxınlıqdakı anbara aparıb,qapanın üstünə qoyub ,çək-i daşlarını düzüb,çək-dilər...Çək-i balığının yüksək çək-isini görüb ,sevindilər...
Sonra növbə ilə çək-i balığını qucaqlarına alıb ,şəkil çək-irdilər.Birinci Çərkəz dedi Təbrizə:
-Təbriz ,mənim çək-i balığı ilə şəkıimi çək dı...
Təbriz çək-di..Çərkəzi də çək-di çək-i balığı ilə,Mərkəzi də çək-di...Mərkəz isə Təbrizi çək-di çək-i balığı ilə...
Çək-məçi Çərkəz özünü çək-di qapan- tərəzidə.Çək-isini görüb ,özünü dartdı,çək-di...
Çək-i balıgını təmizlədi Çərkəz..
Çək-i balığını şişə çək-ib,kabab çək-dilər..
Süfrə açıldı ..Çək-məçi Çərkəz özü tikdiyi təzə çək-məsini geydi.Süfrənin başına keçdi təzə çək-məli çək-məçi Çərkəz...
Bir şiş çək-i balığının kababını dişinə çək-di Çərkəz... Ayağında təzə çək-mə, dişinə çək-diyi çək-i balığının kababı,bir şəkil də çək-dirdi çək-məçi Çərkəz...
Baho...Az qala unutmuşdu çək-məçi Çərkəz..Getdi evin zirzəmisində gizlətdiyi ,keçən il çək-diyi bir şüşə çək-mə arağını (tut arağını) gətirib stolun üstünə qoydu..Çək-i balığının kababından yedilər..çək-mə araqdan içdilər..
Çək-məçi Çərkəz fikiirləşdi:
- Düşünürdüm bir az arıqlayım səki... Çox yığmışam artıq çək-i...Qəti qərara gəldi ki,az yesin, çox gəzsin,qalmasın onda artıq çək-i...
Bir az uzaqlaşıb gəzişirdi çək-məçi Çərkəz..Bir də gördü mübahisə edərək, tinə çək-dı Mərkəz özündən bir neçə yaş böyük olan Təbrizi..Köpəkoğlunun çək-mə arağı...
Mərkəz Təbrizə deyirdi:
-Əlini çək dı..
Təbriz əlini çək-dı və Mərkəzə dedi:
-Qəmişini çək...
Çərkəz onlara yaxınlaşdı ,sakitləşdilər..Mübahisə qısa çək-di,barışdılar...
...Çərkəzlə Mərkəzin atası illər öncə rəhmətə getmişdi.Çərkəz Mərkəzin qayğısını çək-irdi.Qoymurdu o xiffət eləsin, fikir çək-sin...
Çərkəz Mərkəzə həmişə deyirdi:
-Siqaret çək-mə ,ziyandır...
Amma hərbi xidmətdə siqaret çək-məyə başlamışdı Mərkəz,xəlvətə düşəndə fısqırdırdı(çək-irdi) siqareti..
Əsgərlikdən gəldiyi cəmi bir aydı..
...Mərkəzin gözləri yol çək-irdi...Nə fikirləşirdi,bilmirəm...Amma elə özü də yol tikintisinə işə düzəlmişdi, yol çək-əcəkdi Mərkəz...
Mərkəzədir mənim sözüm:
-Mərkəz bir daha siqaret çək-mə!...Özünü də heç vaxt çək-mə!.. Qardaşın Çərkəzi qoyma bir daha fikir çək-sin!...
Mənim tövsiyəm Çərkəzədir:
- Ay çək-məçi Çərkəz,ayağında özün tikdiyin çək-mə,çox gözəl ,mübarəkdi .. Gözlərini Mərkəzdən çək-mə,əlini onun üstündən çək-mə, gəncdir,beyniqanlıdır ,inanıram ki,sənin çək-diyin əziyyəti yerə vurmaz qardaşın Mərkəz... İnşallah adı yaxşı insanların sırasında çək-ilər Mərkəzin!?...