Xatirə Rəhimbəyli : - Baxma gözümün suyu boldu,amma nə fayda...

Gündəm 08:42 / 14.05.2025 Baxış sayı: 2074

Baxma gözümün suyu boldu,amma nə fayda,

Xəyalımın bağçası solub gedibdi çoxdan.

Ürəyimə əkdiyin ümidlərim zay oldu,

Mən də əkinçiliyin daşın atdım o vaxtdan.

 

Bütün həqiqətləri səninçün silib atdım,

Bilirsən niyə susdum?İstəmədim küsəsən...

Əl mənim ,ətək sənin,qorxma, baltana qurban,

Əlimi kəs,qıymaram ətəyini kəsəsən.

 

Sönüb sonuncu ümid,fikrim qırış-qırışdır,

Sizdə işıq yanırmi?Ya borca ütün olmaz?

Yenə köhnə dost kimi sənə tutdum üzümü,

Yaman kasıblamışam,bir az ümidin olmaz?

 

Yox,darıxmaq deyil bu...heç sevgi də deyil,yox,

Sənin də çox "yox"un var,görürəm gözlərindən.

Köhnə arxdı,nə deyim,bəlkə yenə su gələr,

Onda dayaz qazmışıq,indi qazaq dərindən?

 

Baxma gözümün suyu boldu,amma nə fayda,

Xəyalımın bağçası solub gedibdi çoxdan.

Ürəyimə əkdiyin ümidlərim zay oldu,

Mən də əkinçiliyin daşın atdım o vaxtdan.