Ağaevli Əli Hacı : - Allah pəncərə qoymayıb,

Ədəbiyyat 09:49 / 10.01.2025 Baxış sayı: 956

Allah pəncərə qoymayıb,

Goruma qapı qoyuram !

Mən,qapımı pəncərəsiz

Allahı tapıb qoyuram !

 

Işığı içimdən gələn,

Yer ağlayıb,göy mələyən !

Sonrama gələcək geyən.

Gerimə qapı qoyuram !

 

Olmağa ev tikirəm,ev

Dağıt bu evi,ya da sev !

Bir üz güney,bir üz quzey,

İynəyə sapı qoyuram !

 

Nəsimiyəm , Fizuliyəm

Allahın Adam üzüyəm !

Yer üzünə göy sözüyəm,

Oluma qapı qoyuram !

 

Döyüş var həyat üstündə,

Yeriyirəm od üstündə !

İmzam ilə ad üstündə,

Ölümə qapı qoyuram !