Adil Şirindən İKİ ŞEİR
Soyudu havalar, soyudu,
İsti yuvalar soyudu.
Soyudu səsimiz.
Həsrətlə vüsalın arasındayıq,
Bir-birimizi isitmir nəfəsimiz...
# # #
Sənsiz gecələr
İçimə ilıq yağmurlar yağar.
Yenə sənin gözlərin
Gəldi ağlıma birdən.
Gözlərin gecə vaxtı
Dəniz kimi dalğalı,
Sənin gözlərində boğuluram mən...