Adil Şirin -  YARPAQ-YARPAQ

Ədəbiyyat 14:17 / 16.08.2025 Baxış sayı: 2098

 

 

Yaşıl xatirələrim,

Qonaq gəlib bu gecə.

Məhəbbət məktubları

Vərəqlənir gizlicə -

Xatirələr yarpaq-yarpaq.

 

Xatirədi bu bahar,

Xatirədi bu rüzgar,

Xatirədi bu yağış...

 

Bu dünyada ayrılıq var,

Ayrılıq qara qarğış -

Xatirələr yarpaq-yarpaq.

Bir gün məni öz qoynuna,

Alanda qara torpaq.

 

Sənə əmanət qalar,

Xatirələr yarpaq-yarpaq.

Vərəqlənir bu gecə

Sənlə keçən hər anım.

 

Xatirələrdə qaldı,

Göz yaşım, həyəcanım.

Xatirələr yaxın-uzaq,

Xatirələr yarpaq-yarpaq.