Adil Şirin - Bu şəhərdə

Ədəbiyyat 13:13 / 02.08.2025 Baxış sayı: 2759

 

Bütün mövsümlərdə gül olur,

Süni güllər dünyasında

Dənizin sahilə atdığı balıqlar kimi

Yaşayırıq biz,

Həyat dalğalı coşqun bir dəniz...

Yalançı ilk bahar gəlir şəhərə,

Süni çiçəklərlə, süni güllərlə.

İndi mən gənclik illərinin həsrətiylə

Ürəyimin qan sızan yarasına

Kül basıram illərlə...

İndi hər şey röya kimi

Yalan olub əslində.

Mənim ömrüm

Talan olub əslində.

...Bu şəhərdə asfalt yanır,

Dağların gül fəslində...