Kəramət : - "MÜKƏMMƏL GÜNLƏR"DƏN
Yalqızlıqdan Səadətə
yazıqlığa....
....keçilməz, yetilməz yol var. Çatmaq istədiyim Adam-Şey-Toplum dayanıb bizi gözləmir ki, biz ona qaça-qaça çataq.
Təkcə bunu xatırlatmaq yetər ki, imperiyalar belə keçid mərhələrini əldən qaçıranda, hələ-hələ yiyələnməli olduğu irəli qazanımları-texnoloji, idari-iqtisadi üsullar, düşüncə və davranış qaydalarını gözardı etdikdə tənəzzülə uğrayır, əvvəlcə ÇÖKÜŞ, sonra isə ÇÜRÜMƏYƏ məhkumdur.
Rus imperiyasını yaradan Böyük Pyotr deyildi , Birinci Pyoturun zamanın dəyişim rüzgarını yaxalaması, xalqın-ölkənin rotasını-istiqamətini düzgün müəyyənləşdirməsiydi: Bu Avropa qazanımlarıydı. Son Rus-Türk müharibələrində rusların qələbəsi Osmanlının bu rüzgarı qaçırmasıydıı ...Dünyaya hökm oxuyan Osmanlının çöküşü də bu amillə bağlıydı, və TC-ni yaradan Mustafa Kamal Atatatürkün vaxtı düzgün oxuması və BİƏFTÇİ-ÜMMƏTÇİ QAFADAN MİLLƏT OLMAĞA QƏRAR VERMƏSİ, Osmanlının varisi müasir Türkiyənin Şərq bataqlığından qurtarması, ölkənin yönünün elmə-bilimə-ləyaqətə, Avropaya olduğu qərarlığıydı....Nə yeni Rusiya , nə də yeni Osmanlı imperiyası yarana bilər....
Keçmişə qayıtmaq olmur, yaşanmışı yenidən yaşamaq olmur. Keçmiş...fərd üçün özünü aldatmaqdır, hakimiyyətlər üçünsə öz hakimiyyətinin vaxtını uzatmaqdan başqa heç nəyə yaramaz, belə davam etdikcə daha çox batar, çürüyərsən.
Putinin, Ərdoğanın oxşarlığı bundadır....
Kütlələr-toplumlar-millətlər çoxdan BİRəyə-Fərdə-MƏNə çevrilib, hələ özündən başqa bir MƏN icad edib.
Demişdim ki, geridə qalmış ölkələrin YALQIZLIQ yox YAZIQLIQ problemi olur....biri sırf iqtisadi məsələdir, digəri isə mənəvi-intellektual yaşam tərzi...
Oğlumun məsləhətiylə "Mükəmməl günlər" filminə baxdım-təbi ki, Yapon filmidir-yalqız bir adamın xoşbəxtliyindən bəhs edir..O, tualet təmizləyicisidir, öz işini vicdanla yerinə yetirən, dəqiq həyat fəlsəfəsi olan BİRi...film simfolik məna-ötürücüylə dopdoludur...indi adamların yalqızlıq faciəsindən YALQIZLIĞIN SƏADƏTİNİ FİZİKƏN-MƏNƏN yaşaması...hər halda mənim yozumum.
..