Cəbrayıla daha 42 ailə yola salınıb

MƏMLƏKƏT 11:00 / 18.01.2025 Baxış sayı: 411

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Yenises.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 ailə – 206 nəfər köçürülüb.