Hökümə Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyənləşdi, zərər ödənildi

HÜQUQ 15:40 / 18.01.2025 Baxış sayı: 240

Milli Qəhrəman Hökümə Əliyevanın  atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib.

DİN-n Mətbuat Xidmətindən Yenises.az-a bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları  tərəfindən tədbirlər görülüb.

Qeyd edilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib. 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.