2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

İDMAN 11:01 / 14.10.2024 Baxış sayı: 1182

 

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən  Yenises.az-a verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.

Qeyd edək ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda təşkil edilib.