Şakir  Xanhüseyn : - ÖZÜL    ADAMA  ÖZƏL bir şeir

Ədəbiyyat 10:30 / 18.01.2025 Baxış sayı: 446

 

sözünü başına duztək çevirək,

boyunla sözünü dəyərləndirək,

ya bəlkə sözünlə çəkini bilək?

yox,

sözünü atdığın addıma tutaq,

səslənsin ya da

nə sayaq əks edir bizdə bir görək...

bu, sənin sözündü?

görürəm, gülən gözün,

ağlayan üzündü,

öz səsin, nəfəsindi;

görürəm, içində dünya yaratdığın

qəfəsindi,

nə yaxşı ki,

tərk etmirsən bu qəfəsi,

nə yaxşı ki!

özgür, özəl bir adamsan

bu darlıqda,

yaxşılıqlara

bünövrə, özül adamsan!