Əbülfət Mədətoğlu : -Gedirəm

Ədəbiyyat 12:00 / 18.01.2025 Baxış sayı: 399

 

Qoşub məni karvana yol, köçə yol

Düyün düşüb bəbəyimdə neçə , yol...

Gözü bağlı yol ölçürəm, gecə, yol -

Mən hələ ki, solu tutub, gedirəm...

 

Tanıdığım ilk naxışdı ağ,qara

Ləpir salır ayaqlarım ağ qara!

Könül verən kimdi , mən tək ağlara -

Mən həmən o, yolu tutub, gedirəm!

 

Dünya düşüb. damcı kimi gözümdən

Ona görə qəlbim qırış, gözüm nəm!..

Sevənimi küsdürmüşəm özümdən -

"Ah" yükümü dolu tutub, gedirəm!..

 

Dağı aşmaq həm çətindi, həm asan

Əbülfətə əl çatmayan səmasan"

Ürəyimi elə qoydun dəmə sən -

Hələ də o, yolu tutub, gedirəm!