Kəramət : - ADAMDAN əlini üzmüsənsə,

YAZARLAR 12:55 / 16.01.2025 Baxış sayı: 761

 

....yalqızlaşmaq qaçılmazdır, "Yeni dövrün müalicəsiz modern xəstəliyi" kimi də tanımlaya bilərik..."Nə ilə bağlı?" düşünürəm öz-özümə, bütün dünyanı bürüyən bu mənəvi taun.

Şiddət dərəcəsinə görə...müşahidəmə əsasən texnologiyası, süni intellekti, ağıllı robotları daha çox inkişaf eləyən ölkələrdə zamanın, insan təkamülünün təbi bir hadisəsii kimi ortaya çıxır-Fərdlərin yalqızlaşması.....Belədə İNSANIN İNSANA FİZİKƏN DƏ EHTİYACI OLMAMASI SÖZÜ GEDƏN XƏSTƏLİYİN ƏSAS VİRUS-MƏNBƏİDİR.

....geridə qalmış ölkələrdə -bir tikə çörəyə möhtac ölkələrdə isə...gəlir dağılımının fantastik uçurumu hökm sürən, qəbilə-tayfa qanunu ilə idarə olunan yerlərdə YALQIZLIĞIN DA ANORMAL ŞƏKLİYLƏ QARŞILAŞIRIQ.

Bu yerlərdə fərdi yox KÜTLƏ YAZIQLIĞI-YALQIZLIĞIYLA ÜZ-ÜZƏ QALIRIQ...ŞEİRLƏR, ŞƏRQİLƏR YALQIZLIĞI DA İMİTASİYA EDİR.

Məncə, ucundan-qulağından məsələyə aydınlıq gətirməyə çalışdıq, əlbəttə, dərin analiz, çoxşaxəli yanaşma tələb edən hadisədir.

....evlənmək istəyən , vaxtını (40 yaşı var) əldən qaçıran şair bir qızla görüşdü ki, uzun müddətdiir ki, internetlə yazışır-şəkilləşir..sevgililərin, adətən, görüşdüyü kafe-məkan var...mən də müşahidə edirəm...üz-üzə oturan cütlüklər ..hamı..yenə telefondadır...yanlarından keçəndə...

-HƏRDƏN BİRİ-BİRİNİZLƏ DƏ DANIŞIN,-pıçıldadım və əlimi üzdüm ki, bu-lardan ailə olmaz.

Yəni ailə də biri-birinə iqtisadi, mənəvi bağlılığın ürünüdür....

Yeni insan tipi yaranır...qəbul et-etmə.

Bir qrup da var ki, özünü hər cür mənəvi deformasiyadan qoruyub...yüksək zövqə, bəşəri dəyərlər sisteminə, intellektə malikdir...onlar da ki...bilir ki, bu kütləylə fikir bölüşmək də mənasızdır...çürüntünü sulamazlar.