Kəmalə Abiyeva : - Qisas arzusu

Ədəbiyyat 21:20 / 17.01.2025 Baxış sayı: 192

 

Gecələr qəddar oluram -

Ölən arzularımdan

qisas alıram.

Öldürürəm bir-bir

ağrılarımı - arzu qatillərini,

ən gözəl duyğuları öldürənləri.

Qəddar oluram gecələr.

Amma səhərlər...

Səhərlər onlarla

eyni şəhərdə yaşayıram,

eyni küçələri dolaşıram...

Sonra evimə gedirəm,

Bir az sevinirəm -

Yəni hələ sevinə də bilirəm -

evimiz ayrıdı deyə.

Gecə yenə

Qatil olmaq keçir könlümdən.

Deyirlər, düşünmək işin yarısıdı...

Bir də deyirlər "dad yarımçıq əlindən".