Zəka  Vilayətoğlu - Dilindədir

Ədəbiyyat 17:12 / 16.06.2026 Baxış sayı: 181

Ərməğan edim sənə, oxu ömür kitabımı,

Anlamaq çətin deyil, şeir-qəzəl dilindədir!

Al, götür əllərinə, dindir könül rübabımı,

Eşq dolu nəğmələri sən tək gözəl dilindədir!

 

Sən də bir möcüzüsən, bu sehrkar təbiətin,

şah isən, qədrini bil, mənim kimi rəiyyətin!

Payıza dönüb, məni saraltmaqdırsa niyyətin,

Gizləsən də bilirəm, payız xəzəl dilindədir!

 

səni hər gördüyündə dolar nur ilə, göz gülər,

güzgülən gözlərimdə, inan, yalandır güzgülər,

Ey Zəka, demişlər ki, sərraf dilində söz gülər,

Hər zaman el-aləmin bunca məsəl dilindədir!