Salam Sarvan

Ədəbiyyat 20:23 / 16.06.2026 Baxış sayı: 128

Nə qalan kimi qalıram,

nə gedirəm gedən kimi.

Bir yekəpər Ölüm gəzir

yanımda Cangüdən kimi.

 

Deyəsən dəli oluram,

qılan yox əlac başıma:

gövdəsindən dırmaşıram

yıxılmış ağac başına.

 

Ya sök, ya tik, nə fərqi var,

bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim:

darıxma, düzəlməyəcək!