Yadigar Təvəkgul  - Aran torpağının qəhrəman oğlu

Ədəbiyyat 08:46 / 28.06.2026 Baxış sayı: 561

 

Aran torpağının qəhrəman oğlu

Vətən harayına könüllü getdin

Düşmənlər əlində qalan torpağı

Döyüşdün, vuruşdun sən xilas etdin

 

Dedin ana torpaq azad olmalı

Orda qız gəlinlər cətində darda

İcdin şəhadətin şərbət andını

Açdın cığırları qayıtdın yurda

 

Azad torpağımın qəhrəman oğlu

Qurban Rəhimov şəhid qardaşım

Bu azad torpağın hər qarşında

Yaşayır xatirən, ucalır başın

 

Keçdin oba oba,ötdün dağ dərə

Əhsən küləklərə qarışdı səsin

Hər addım zəfərə gələn yol oldu

Düşmənin bağrını yardı atəşin

 

Beşikdən boylanan körpənə gorə

Sinən sipər oldu vətən yolunda

Azad torpaqda böyüsün deyə

Sən neçə mərmilər gəzdirdin canda

 

Azad torpağımın qəhrəman oğlu

Qurban Rəhimov şəhid qardaşım

Bu azad torpağın hər qarşında

Yaşayır xatirən, ucalır başın