Əlirza HƏSRƏT - SALAM,BAKI

Ədəbiyyat 08:14 / 28.06.2026 Baxış sayı: 600

 

Baş əyirəm hüzurunda,

Salam,Bakı!Salam,Bakı!

Götür məni qucağına,

Boynuna qol salım,Bakı.

 

Əlimdədir qələm,tişəm,

Könlünə yatdımı peşəm?

Sənə güvənib gəlmişəm,

Arxam Bakı,qalam Bakı.

 

Sinəmə çəkilən dağa,

Nə qul gələr,nə də ağa.

Bu oyunda oynamağa,

Yox havamı çalan,Bakı.

 

Gözüm dolur sevinəndə,

Görmüşdünmü belə bəndə?

Əmanətdir sonam səndə,

Muğayat ol,balam Bakı!..

Əlirza Həsrət