Məmməd  Qədir - Tapa bilmədim

Ədəbiyyat 08:54 / 28.06.2026 Baxış sayı: 614

 

Ümidlər çılpaq böyüdü,

Köynəyi tapa bilmədim.

Körpə arzular dilədim,

Leyləyi tapa bilmədim.

 

Bəxtim çəkilmiş qulaqdı,

Ağrısa da, canı sağdı,

Tanrının kefi kök vaxtı,

Lələyi tapa bilmədim.

 

Xəyal imiş axtardığım,

Heç var deyilmiş vardığım,

Dünyanın mənə qurduğu,

Kələyi tapa bilmədim.

Qismətimə hicran çıxdı,

Əlim dəyməmiş qan çıxdı,

İnandığım şeytan çıxdı,

Mələyi tapa bilmədim.

Əl uzatdım dərəm məni,

Tutdu azar, vərəm məni,

Az qalmışdım görəm məni,

Eynəyi tapa bilmədim...