İSTİ YUXU - yazdı Ələddin Əzimli
Ədəbiyyat
12:30 / 28.06.2026
Baxış sayı: 464
" Sözlərdəki sən"dən
Qəm yağdı qar kimi isti yuxuma,
Soyuqdan qorxursan, gəlmə yaxına.
Azdan da olarsan, qaçsan çoxuna,
Yaxşısı budur ki, səhəri gözlə.
Mən daşı çatladıb cücərən bir ot,
Dolanma çevrəmdə, şərtləri unut.
Alarsa başının üstünü bulud,
Qarşıdan gələcək səfəri gözlə.
Ruhumu gör necə sardı bu şeir,
Oyanıb gördüm ki, çəməndir hər yer.
Bunların heç biri bil sənlik deyil,
Sənə güc verəcək təpəri gözlə.
Haçansa düşünüb özünə gəlsən,
Əyridən yan ötüb düzünə gəlsən,
Zamanın sınanmış iziylə gəlsən,
Səni müjdələyən xəbəri gözlə