Xəyalə Sevil - Səndə də nə ürək varmış...

Ədəbiyyat 09:30 / 19.02.2026 Baxış sayı: 478

Səndə də nə ürək varmış,

Əcəb unudurmuş, demək.

Məni başqa cür ağrıdır

Səni çoxdandı görməmək.

 

Səndən yaman nigaranam,

Bir xəbər ver uzaqlardan.

Günün kiminlə xoş keçir,

Kimlə üzülürsən orda?

 

Məndən nə xəbər, içində

Qırıq-sökük nəyim qalıb?

Bilirəm ki, unutmusan,

Yadında sevməyim qalıb...