Əlirza HƏSRƏT  -  ƏMƏLDƏ MÜSƏLMAN OLASAN GƏRƏK

Ədəbiyyat 11:51 / 19.02.2026 Baxış sayı: 517

 

Ey quran oxuyan,namaz qılan kəs,

Yaxşılıq etməsən,əməyin əbəs.

Gəlir qulağıma qeybdən bir səs,

Əməldə müsəlman olasan gərək.

 

Özünlə hər yana yaxşılıq apar,

Xeyirxah adamlar səni tez tapar.

Dildə müsəlmanam deməyə nə var,

Könüldə müsəlman olasan gərək.

 

...Daxma da ucaltsaq,geniş saray da,

Xoş arzu diləmək bizdə bir qayda.

Haramla tikilən evdən nə fayda,

Təməldə müsəlman olasan gərək...