Əşrəf Veysəlli - AĞLAYA- AĞLAYA

Ədəbiyyat 16:50 / 19.02.2026 Baxış sayı: 405

 

Bu dünya nə olan şeydi,

bildik ağlaya- ağlaya.

Açdıq ağlaya-ağlaya,

solduq ağlaya-ağlaya.

 

Bir tamsa da, kəsirsə də,

baş açmadıq nə sirsə də…

Beşiksə də, qəbirsə də

gəldik ağlaya-ağlaya.

 

Qana- qana, bilə- bilə,

yana- yana döndük külə…

Yaşamadıq gülə- gülə,

güldük ağlaya- ağlaya.

2006- cı il.