Fərhad Tapdıqoğlu -  Balığı atdı dənizə

YAZARLAR 15:32 / 18.02.2026 Baxış sayı: 431

 

( minatür)

Malik kiçik qayığı ilə dənizə girdi,tor qurdu.Tora düşdü çoxlu balıq...

Malikə xəbər çatdırdılar ki,reydə çıxıb ,"rıbnadzor " Xalıq...

Malik cəld balıqları tökdü dənizə.

Bilmirəm Malikin onları dənizə atdığını bildimi balıq?!...

Amma şübhə yoxdur ki,bildi o göydəki Xalıq...

Amma görmədi,bilmədi "rıbnadzor" Xalıq...

Görsəydi xeyli cərimə yazar, hətta müsadirə edərdi qayığını Malikin Xalıq...

Bu dəfə " rıbnadzor" Xalıq tuta bilmədi balıqçı Maliki...

Malik Xalıqın cəriməsindən ,müsadirəsindən qaça bildiyinə görə əllərini göyə qaldırıb ,göydəki Xalıqa şükr elədi ...