Xəyalə Sevil - Elə qəribəydi duyğular onda
Elə qəribəydi duyğular onda,
Nə heç nə yox idi, nə də var idi.
Məni birdəfəyə məğlub eyləmək
Tək sənə verilmiş ixtiyar idi.
Onda anlamadın, indi anlasan...
İndi anlasan da nə fərqi var ki?
Nə qədər ki, aramızda məsafə,
Anlaşmazlıq, uzaqlıq nə qədər ki...
Barı heç olmasa təsəlli üçün
Bir qırıq xoş söz de, könlünü yumma.
"Hər şey düzələcək, yaxşı olacaq",-
Desən, inanardım, demədin, amma