Fərhad Tapdıqoğlu - "Ustaya kəf gəlirdim..."
Olmuş əhvalatlar-26
80-ci illər idi.Amil kənddə sot yeri götürüb ,ev tikməyə başlayır.
Ustaya da fəhləliyi özü edirdi Amil.
Usta ona tapşırır,deyir:
-- Palçıq hazırlayanda üç çanaq bel ( çanaq lopatka) quma bir çanaq bel sement qatarsan.
Amil :
--Oldu usta,baş üstə- deyərək, razılaşır.
...Amil hər palçıq hazırlayanda ustanın ona baxmadığına əmin olduqdan sonra işinə davam edirdi.
Beləcə evin birinci mərtəbəsinin hörgü işləri başa çatır.
...Amil bir gün qonşu kənddə yaşayan qaynanası gilə qonaq gedir.
Süfrə arxasında əyləşən qohumlar ondan evinin tikintisi barəsində soruşurlar:
-- Ustanı tanıyırıq .Səliqəli iş görəndir- deyirlər.
Amil:
-Elədir -onlarla razılaşır.Amma mən ustaya kəf gəlirdim,o başa düşmürdü.
Qohumlara maraqlı gəlir,onun nədə kəf gəldiyini öyrənmək istəyirlər.
--Ay Amil ,necə kəf gəlirdin, neynirdin? - soruşurlar.
Amil:
-- Deyərəm ,amma usta bilməsin haa...- ətrafdakılara baxıb ,davam eləyir.
O mənə demişdi ki, palçıq hazırlayanda üç çanaq bel quma bir çanaq bel sement qataraq palçıq hazırlayım .Mən də ondan gizli dörd çanaq bel qum işlədirdim.Nəticədə palçıq çox olurdu,sementə "ekonomiya" ( qənaət) edirdim.
Qohumlar bir ağlzdan:
--Ay Amil ,sən ustaya yox ee,özünə kəf gəlmisən.Bəs bilmirsən ki,sement az ,qum çox olanda ,palçıq quruyanda tez ovulur?- deyirlər.
Amil :
--Ay da ,doğrudan ee.Mən heç onu fikirləşməmişdim.-heyfislənir.
Hamı gülüşür,elə Amil də gülür.Amma bu gülüşü peşmançılıq hissi üstələyir.
İkinci mərtəbənin tikintisində qumnan sementi usta tapşırdığı qaydada hazırlayır Amil...Daha ustaya "kəf " gəlmir...
(P.S.Onsuz da o ev kənd işğal olunanda düşmən tərəfindən bünövrəsinə qədər söküldü...daşındı...daş üstə daş da qalmadı)