Əlizadə  Nuri - Sənə

Ədəbiyyat 09:00 / 24.09.2026 Baxış sayı: 566

 

Əlini qoy ovcuma-

Qoyma əliboş olum.

Sən mənim qəfəsim ol

Mən qəfəsdə quş olum.

 

Bilmirəm niyə getdin,

Bilmirəm nəyə gəldin.

Yoxsa əzik baxtıma

Ütü çəkməyə gəldin?

 

Ahımı dər sinəmdən,

Ölüm sənçün- ah haqqı.

Allah var bu dünyada

Allah var, allah haqqı!