ŞakirXanhüseyinli - QƏLPƏLƏR

Ədəbiyyat 10:13 / 24.09.2026 Baxış sayı: 498

 

***

od və su qədər qorxulu

zəifliyidi insanın...

bəzən gözdən düşürənsə,

zərifliyidi insanın...

***

gözəl olanla göz-gözə,

yaxşı olanla yan-yana...

***

deyirlər işıldaböcək

soyuq işıq saçır, ancaq

hər görəndə onu

qəlbim

bir hərarətlə dolur, bax!

***

suya çək hər sözünü sən--

qəlb çeşməsi dumdurudu.

***

şeir var ki, qəm dadında,

gözüm yaşarır dadanda...

***

dərənin bəyi tülküsə,

bax, orda dərəbəylikdi...

***

qaçırıq sel qabağında,

indi çata, bayaq çata...

***

var imş məğlub olmaq da

qalib gələndən sonra, ya...

***

üstüylə gəzirəm ancaq,

ürəyimdə yol iz qoyur.

baxsan, hamı bir-birinin

ovcuna yalan söz qoyur...