Farrux  Cəfərxanlı -  Allaha şikayətə gedən şair

YAZARLAR 15:02 / 23.09.2026 Baxış sayı: 566

 

Karvan yolda yoruldu,

Durdu köçündən yedi.

Kim gəldisə ömrümə,

Gəldi içimdən yedi.

(Arzu Ada)

Altıncı sinifdən başlayaraq bəyəndiyim şeirlərə ixtiyarsız musiqi bəstələməyə başladım.O zaman xüsusi tutulmuş musiqi müəllimindən tar çalmağı öyrənirdim.O mahnılar şübhəsiz ki,professional bəstəkar mahniları ola bilməzdi,amma özümdən asılı deyildi,konlümə yatdısa,o şeir bəstələnməliydi!

Artıq doqquzuncu sinifdən başalayaraq ürəyimə yatan musiqilər bəstələnirdi.Bir dəfə Rəfiq Zəkanın bir şeirini oxudum:

Ötüb keçir günlerim,

İnin-inim inlerim.

İstanbulu dinlerim,

Sensiz duramıyorum.

Bu çile nasıl çile,

Çile,bülbülüm,çile.

İlet o gözel güle,

Sensiz duramıyorum...

Dərhal gitaranın simlərini köklədim,sarı simini udun səsinə uyğunlaşdırıb türk musiqisifason gəzişmələr etdim.O zaman radio ilə translyasiya olunan və bütunlükdə Türkiyə, Təbriz,Ərdəbil,Urmiyədən verilən verilislərə daim qulaq asırdim.O dalğalarda gedən verilişlər ən çox dinlədiyim verilişlər idi.Deyim ki,südəmər uşaq ana südünü əmdiyi zaman digər əli ananın o biri döşündə olduğu kimi,bir əlimlə kitab,ya qələm tutanda o biri əlim radioqəbuledicinin dalğa axtaran düyməsində olurdu,daim ya ədəbi verilişlər,ya da gözəl musiqi axtarardım ki,bunlara görə evdə az danlanmamışam:"A bala,ya dərsini oxu,ya da ona qulaq as!"

Yaxşı bir mahnı alinmışdı.Özumun xoşuma gələn ən yaxşı mahnılar siyahısında biri də türkmənistanli şair Seyidnəzər Seydinin "Xədicə" şeirinə "bəstələdiyim" mahnı olmuşdu:

Qaşı qara,gözü qara,

Saçları tumar,Xədicə.

Ürəyimə vurdun yara,

Eylədin bimar,Xədicə.

Sonra...Sonra aləm dəydi biri-birinə,başqa işlər,problemlər..."Bəstəkarlıq" qurtardı.Gözəl şeirlər daim oxusam da,mahnı kimi zümzumə etsəm də,dərinə getmirdim.Əvvəlki yazıda Nazim Hikmətin tövsiyəsi barədə yazmışdim.Bəlkə o söz şüuruma həkk olunduğundandir ki,yaxşı şeir görəndə,doğrudan da bəstənin o şeirə layiq olmadığını düşünürəm.Bəzən indiki şairləri,əlbəttə,əsl şairləri,tərif edəndə "Əşşi,şair Nizami idi,Füzuli idi..." deyənlər tapılır.Belədir,amma unutmayaq,səmada kimsə bir-iki ulduz təsəvvür edərmi?O səma necə olar?Orada Günəş də olmalıdir,digər ulduzlar da,çünki yaradılış belədir.Sənət dünyasının da Nizamisi də olmalı idi,Tofiq Bayramı,Məmməd Arazı,Bəxtiyarı da,hətta Arzu Adası da.Və gələcəkdə də olacaqdır.Amma şair məddah olmasın,şair məddah oldusa...Məlum işlərdən danışmağa lüzum yoxdur.T.Bayram deyirdi:

Deyimmi Nizaminin,

Dövləti olmayıbdır?

Füzulinin şairlik,

Bileti olmayıbdır.

Deyimmi "Volqa"da yox,

Sabir piyada gəzdi?

Bir raket sürətiylə,

Şeiri dunyada gəzdi.

Sən ilhamsız,ürəksiz,

Sən duyğusuz,gərəksiz

Ucuz şeir yolunda,

Baş girləyən boşboğaz,

Yüz il gücən,yüz il yaz;

Çaşıb vəzifən olar,

Yaşayan şerin olmaz!

Bəli,əgər bu gün baş girləyənlərin imkan vermədikləri əsl şairlər dərddən,ala bilmədikləri qiymətdən dərviş olub,əlinə əsa götürüb Allaha şikayətə gedirlərsə,susmaq olmaz:

Baş açıq,ayaq yalın,

Bu dərviş hara gedir?

Hansı dostun qazdığı,

Qəbirə,gora gedir?

Göylərindən qovuldu,

Yer üstündə yoruldu.

Allaha şikayətə,

Payi-piyada gedir.

(Arzu Ada)

Bu qız kimdir,bilmirəm,amma yaman adamdanışdıran qızdır.Necə danışmayasan axı:

Altımızdan apardılar,

Kilim sürüyə-sürüyə.

Şükür etdik əldə qalan,

Quru dəriyə,dəriyə.

Evlər qonağın itirdi,

Pendir çanağın itirdi.

Kişi papağın itirdi,

Baxdı geriyə,geriyə.

(Arzu Ada)

Düzü,özümu elə söz bolluğunda görurəm ki,ona rəğmən vaxt məhdudiyyəti var.Şairlər,gözəl söz ustaları çoxdur,amma məni silkələyərək yuxudan bu qız oyadıbsa,gərək bu dəryada bir az üzəm.Arzu xanımın qısa həcmli şeirləri bizi bütün kainatı gəzdirir,yeni xəbərlər gətirir.Başmağı islatmaqla iş bitmir.Lakin ha çalışıram, Arzu Adanın şeirlərini hələ ki,bəstəyə layiq bilmirəm.Hər halda fikirlərim belədir,subyektiv fikirlərim.Sonda şairə qıza bir sualım var,lütfən cavab versin:

-Hörmətli şairə qız,kişilərin papağının itirilməsində qadınlarımızın rolunun nə qədər böyük olduğunu bilmirsinizmi?