Adil Cəfakes  ADAM

Ədəbiyyat 19:00 / 24.09.2026 Baxış sayı: 360

Hansı səmtdi ünvanın,

İçində azan adam?

Ürəyinə ahıyla,

Taleyin yazan adam?

 

Kədərmi udub səni?

Bəxtmi unudub səni?

Qarğışmı tutub səni,

Artıbdı cəzan, adam?

 

Canda qorxu, vic-vicə,

Yaşayırsan sən necə?

Qayğıları hər gecə,

Yuxusun pozan adam.

Kimlər sənlə əyişib,

Yolun, izin dəyişib?

Dırnağıyla yer eşib,

Qəbrini qazan adam.

İçində azan adam