Xatirə Rəhimli - Ürək sənə açılmışdı,günəşim

Ədəbiyyat 09:22 / 15.02.2026 Baxış sayı: 477

Ürək sənə açılmışdı,günəşim,

Sola-sola gələcəyəm yanına.

Sən gedəndə deməmişdim,gələrsən,

Elə-belə gələcəyəm yanına.

 

Dünya sənsiz torpaq altı,daş altı,

Yorar səni gözümdəki yaşartı,

Gözlə hələ,gözlərimi boşaldım,

Gülə-gülə gələcəyəm yanına.

 

Kimdi bizi bu zillətlə ayıran,

Bəxtimizi belə qara buyuran?

Həsrətindi məni cana doyuran,

Ölə-ölə gələcəyəm yanına...