Adil Şirin - Talesiz bir adamın
* * *
Talesiz bir adamın
Ömrünə yazdıqları,
Xeyirə yozduqları,
Necə oldu, İlahi?
İllərlə saya gəlməz,
Qəm daşıdı ürəyim.
İllərlə acı dadıb,
Havam, suyum, çörəyim...
Yaşıl uşaqlığım başı havalı,
Gəncliyim nar çiçəyi- qara sevdalı.
Dərddən sərxoş miyanə meyxanələr,
Qan, yod, ölüm qoxulu xəstəxanələr...
Qandallar, dörd divar, həbsxanələr...
Taleyimə yazılıbmış gör nələr...
Dünya bu imişsə yaşamaq yetər,
Fələyin qarğışı ölümdən betər...
Adil Şirin