Şakir  Xanhüseyn -  NƏ QƏDƏR UZAQDA

Ədəbiyyat 16:48 / 14.02.2026 Baxış sayı: 265

 

Hardadı kı; yanımızda- yaxında;

yaxşılıqlar, gör, nə qədər uzaqda.

Gecə-gündüz dövrəmizdə dolanır

dərd nə qədər, sər nə qədər uzaqda...

 

Ocaqların bax külünə, közünə,

qaranlıqda aşkar nədi, gizlin nə...

ayağını basırsan ha üstünə,

vay, deyirsən, yer nə qədər uzaqda...

 

Sıx, qurulan, canından od-alovu,

yorğun düşdün dincəlincə bir hovur...

Bilsən, min-min gözlünü bir kor qovur,

sağında dur, sol nə qədər uzaqda...