Kamala Abiyeva Aydın Qızı - KAŞ

Ədəbiyyat 17:24 / 14.02.2026 Baxış sayı: 411

 

Gecələr cəsus kimi

Yuxumun dalınca gəzirəm.

Adlayıb ayları, illəri,

Oyadıb uyuyan xatirələri

Kimlərlə görüşür, nələr bölüşür bilirəm.

Hərdən ağlayıram, hərdən gülürəm,

Gah xoşbəxt, gah da ki bədbəxt oluram...

səhərə kimi onunla dolanıram.

Hər səhər bir arzuyla ayrılıram ondan

kaş

bir azca mənə bənzəyəydi,

yuxum da məni izləyəydi...