Xatirə Rəhimbəyli - Dövranın əlində talelər zərdi

Ədəbiyyat 09:34 / 05.08.2026 Baxış sayı: 634

Dövranın əlində talelər zərdi

“Yek”in kölgəsində“şeş”var həmişə.

Igidlər asılan kəndirlə qoşa

Gözəllər asılan saç var həmişə.

 

Yetişməz hamıya bəxtin əlləri,

Göynədər,sinsidər qəm könülləri.

Səhra ürəklərdə səmum yelləri,

Kövrəklər gözündə yaş var həmişə.

 

Insan ha çıxsa ,da öz cızığından,

Keçəcək başdaşı doğanağından

Nə yaxşı aqili qəm qınağından

Qurtaran əbədi köç var həmişə.