Məmməd Qədir - Qısayam
Ədəbiyyat
13:16 / 05.08.2026
Baxış sayı: 1745
Qəm yolubdu saqqalımı,
Kosayam, qardaş, kosayam.
Gecə - gündüz nə gəzirsən,
İsayam, qardaş, İsayam.
Qaytarma aparsan məni,
Qayayam, çaparsan məni,
Dar gündə taparsan məni,
Əsayam, qardaş, əsayam.
Mən tək ağrıyan olmamış,
Yaxşı bilir tütək, qamış,
Bir yanı dərddən çatlamış,
Kasayam, qardaş, kasayam.
Döndüm ömür güzarımdan,
Bir daş aldım bazarından,
Boyum çıxmır məzarımdan,
Qısayam, qardaş, qısayam...