Xatirə Rəhimbəyli -  SALAM

Ədəbiyyat 14:40 / 04.08.2026 Baxış sayı: 511

Üzü o tərəfə, könlü bu yana

Ay iki arada qalan ey, salam.

Yığval tərsə düşüb yol düz gəlməyib

Ürəyi həsrətdə solan ey,salam.

 

Gəzir aralıqda qatı duman çən,

Eh, nə bu mən mənəm, nə də o sən sən

Ürəyim eşitdi ürəyin verən

Allah salamını...Salam ey,Salam!

 

Hər açıln sabah sabah olmur ki,

Quruca bir salam günah olmur ki...

Hər qəlbin salamı , Segah olmur ki,

Ürəyim inlədi:" Balam ey..." Salam.

 

Eh gəlirsiz gəldi bu gidi gərdiş,

Ürək dərd çəkməyi eylədi vərdiş,

Salamın qurusun, salamsız dərviş,

Eylədin ruhumu talan ey... Salam