Faiq Balabəyli : - BİRBAŞA

Ədəbiyyat 12:35 / 01.01.2025 Baxış sayı: 883

 

 

Salam olsun hər kəsə ilk günün soyuğunda

Noolsun ki qabaqda şaxta qalıb qış qalıb.

Doğrudur, gün görməyən gözümün oyuğunda

köhnə ildən bu ilə kiprik dolu yaş qalıb.

 

Arxam yoxdur, kimsəyə söykəyim kürəyimi

Bükülən, gücdən düşən qolumu, biləyimi

Dünyanın bütün dərdin daşıyan ürəyimi

Yəni görmək çətindir tənha durub, boş qalıb?

 

Bacasında tüstü yox ocağı sonüklərin

Qucağı soyuq olur, balası dönüklərin

Belədir çəkdikləum, bu cürdür gördüklərim;

sinəm boşalmış yuva, bu yuvada daş qalıb.

01.01. 2025