Xanım İsmayılqız - Göz açıldı...

Ədəbiyyat 19:00 / 08.09.2026 Baxış sayı: 684

 

Səslər gəlir küçədən...

Tavanda çil-çıraq yatıb...

Hər qarışı döyəcləyən

damcılar axır pəncərədən...

Sən də səssən...

Bu günə xoş gəlmisən...

Bu an dünyanı sevmək istəyi var...

Tavandakı çil-çıraqda yellənəsən...

Küçədəki dirçəlişi qucaqlayasan...

Yağışı üzündə saxlayasan...

İçindəki havanın başına dönəsən...

Bir də üzünü gördüm...

Xoş gəldin, həyat...

Göz açıqdı...

Səslər gəlir küçədən...

Hər qarışa yuvarlanan

damcılar baxır pəncərəmdən...

Sən də mənsən...

Bu günə "kaş" gəlmisən...

Sabahım, xoş gəlmisən...