Ayaz Arabaçıdan Belə-belə işlər.
Hacı Kərim yağışlı bir gündə ibadət üçün məscidə yol aldı.
Güclü ildırım çaxır, göy guruldayırdı. İçi rahat idi,
minarəni ildırım vura bilməzdi, çünki minarəni qorumaq üçün minarəyə Benjamin Franklinin ixtira etdiyi ildırımötürən quraşdırılmışdı.
Azanın səsini xumarlanaraq Peter Jensenin ixtira etdiyi səsgücləndiricidən dinlədi .Məscidin azançısı Müseyib, namazı Graham Bellin ixtira etdiyi mikrofondan söyləyirdi...
Hacı Kərim, Arximedin kəşf etdiyi günəş enerjisi ilə işləyən cihazın isti suyundan götürərək dəstəmaz aldı. Edisonun ixtira etdiyi lampanı yandırdı və Villis Carrierin ixtira etdiyi kondisioneri işə salaraq rahat-rahat namazını qıldı.
Sonra əlini saqqalına çəkib müsəlman olmayanlara “kafir” deyərək cəhənnəmə getmələri üçün dua elədi)