Əbülfət  Mədətoğlu oxucularla görüşəcək  

Gündəm, MƏDƏNİYYƏT 11:41 / 09.09.2026 Baxış sayı: 71

Sentyabrın 11-də   saat 15.00- də   Qazax  Rayon İcra  Hakimiyyəti  və AYB-nin Qazax Rayon  Şöbəsini  təşkilatçılığı  ilə  tanınmış  şair, publisist, Əməkdar  jurnalist, "Ədalət" qəzetinin Baş  redaktorunun birinci  müavini Əbülfət Mədətoğlunun   Qazaxda   Ədəbiyyat  Muzeyində oxucularla  görüşü  keçiriləcək.

Yenises.az  xəbər  verir ki, görüşdə  şairin  yaradıcılığından söhbət  açılacaq, şair oxucuların suallarını  cavablandıracaq. Ədəbiyyatsevərlər  və  oxucular  görüşə  dəvət  olunur!