Şair sözdən doğulur  - Şahverən  CAVAD

Ədəbiyyat 18:39 / 08.09.2026 Baxış sayı: 722

 

Payızın xəzanından çılpaq çıxan ağaclar

Çörək dərdini çəkən kasıblardır , elə bil .

Əgər gəlsə payız , qış - ilin fəsilləridir-

Haqq - ədalət öləndə - dövrün payızı gəlir .

Bəlkə , göylərdən gəlib bu ögeylik , doğmalıq ,

Bulud da yağışını aparıb dağa tökür .

Xoş gün görməyən anam vaxtsız köçüb dünyadan,

Bu ömür sarayımın xoşbəxtlik tağı çöküb .

Gənclikdə başmaq kimi ayağa geydiyimiz

Yolların ölçüsü də zaman - zaman daralır .

Mülkümüzdə nə qədər torpağımız olsa da

Sonda özümüz boyda bizə bir torpaq qalır .

Son ucu ölüm olan dünyadan bezdim daha ,

"Oldan" yaranan dünya ömürlərə yol olur .

Sözlər də qeybdən gəlir-şüurlara yüklənir ,

Şair sözdən doğulur , sözü bitəndə ölür !

08 . 09 . 2026