Məmməd  Qədir - Qəmin sağ olsun

Ədəbiyyat 11:24 / 09.09.2026 Baxış sayı: 206

 

Sənsiz dünyanın sevinci,

Nə iztirab, necə zülüm.

Sən varkən ölüm itkidir,

Sənsiz mənə nə ölüm...

 

Nə vaxtınam, nə məkanın,

Mən vüsalın laməkanı,

Əsirgəmədin tikanı,

Üzün ağ olsun, gülüm.

 

Ah, sənə nisgilim çatmaz,

Ha yüyürər, gülüm, çatmaz,

Sevincinə əlim çatmaz,

Qəmin sağ olsun, Könlüm...