Vasif Süleyman -ÜZÜM AYAĞININ ALTINA, VƏTƏN

Ədəbiyyat 10:45 / 08.11.2026 Baxış sayı: 716

 

Daha, ürəkli at addımlarını,

Uymadıq gümüşə, altuna,Vətən!

Bir az gecmi yığdıq parçalarını,

Üzüm ayağının altına,Vətən!

 

Bəlkə də içində küsmüşdün daha,

Üzü bizə sarı çevirdik səni.

Hər parçan-bir misra dönmüşdü aha,

Utana-utana sevirdik səni.

İndi yaxındadı vüsal dediyin,

Səni də bu həsrət yaxdımı, görən...

İllərdi ürəyim paramparçadı,

Bu ağrı, bu əzab haqdımı, görən...

Bu dəli sevginin kökü dərində,

Daha açılıbdı qaşın-qabağın.

Səni sevənlərin ürəklərində,

Yerinə oturur daşın, torpağın.

Daha, ürəkli at addımlarını,

Uymadıq gümüşə, altuna,Vətən!

Bir az gecmi yığdıq parçalarını,

Üzüm ayağının altına,Vətən!