Rafail Tagızadə - Gözlənilən gün idi
Gözlənilən gün idi,
Yetişən məqam idi.
Düzülən sıralarda
Hamı bir adam idi.
Bu artıq arzu deyil,
Bu məqsəd, hədəf idi.
Ordu xalqla vəhdətdə -
Hamı bir tərəf idi.
Uğura inanırdı,
Orduya gedənlərim.
Bu Torpağı, Vətəni
Canı tək sevənlərim.
Çağırırdı bir səslə:
“Harda dayanım, durum,
Yerimi göstər, Vətən!
Sorğulara hazıram,
Sorğunu göndər, Vətən!
Hər zaman hüzurunda,
Əmrində ən öndəyəm.
Sevgilər sırasında
İlkinəm, birincinəm!
Mən səninçün doğuldum.
Sənsiz kiməm, nəçiyəm?!
Sən mənim qürur yerim!
Mən sənin əsgərinəm!”
"Zəfər sevinci" poemamdan