Tahir Rzayev,millət vəkili : -" Büdcə layihəsində uşaqlara əlavə vəsaitin ayrılması çox vacib və əhəmiyyətlidir."
Bu günlərdə , daha dəqiq ifadə etsək noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 37,58 manatdan 100 manata çatdırılması nəzərdə tutulub.
Yenises.az xəbər verir ki, bununla bağlı millət vəkili Tahir Rzayev bildirdi ki, uşaqlara diqqət və qayğı, onların sağlam böyüməsi və hərtərəfli inkişafı dövlətimizin daim diqqət mərkəzindədir:
"Ölkə rəhbərliyinin, xüsusilə də hörmətli Mehriban xanım Əliyevanın bu sahədə qayğı və diqqəti heç zaman əsirgəmədiyini görürük. Büdcə layihəsində uşaqlara əlavə vəsaitin ayrılması onların sağlam böyüməsi, eləcə də ailələrin rifahının yaxşılaşdırılması baxımından çox vacib və əhəmiyyətlidir. Bu, dövlətin uşaqlara və ailələrə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir".Məlum