"Uşaq hüquqları və bunun ədəbiyyatda əksi" Lənkəranda  müzakirə edildi

HÜQUQ 08:23 / 30.10.2024 Baxış sayı: 2071

 

Dünən, yəni -29 oktyabr 2024-cü il tarixdə AYB Lənkəran Bölməsinin və Ombudsmanın (İnsan hüquqları üzrə müvəkkilin) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərdə elan olunmuş "Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaq hüquqları və bunun ədəbiyyatda əksi" mövzusunda Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində maarifləndirici tədbir keçirildi.

Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov,Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Afər Kərimov,məktəbin çox saylı müəllim və tələbə heyəti,AYB Lənkəran Bölməsinin əməkdaşları iştirak etdi.

Çıxış edənlər uşaq hüquqları,bunların qorunması,ədəbiyyatda uşaq obrazları,bu sahədə qarşıda duran vəzifələr və digər məsələlər barədə fikir və düşüncələrini bölüşdülər.

Tədbir qarşılıqlı maraq və müzakirə şəraitində keçdi.