Türk aparıcı Zəfərimizi bu cür təbrik etdi - Video

Gündəm 20:37 / 08.11.2022 Baxış sayı: 4474

TGRT-də Ana Xəbər proqramının aparıcısı Əkrəm Açıkel Azərbaycan xalqının Zəfər Gününü təbrik edib.

Yenises.az  Axar.az -a istinadla  xəbər verir ki, aparıcı bayram münarsibətilə Azərbaycan xalqına müraciət ünvanlayıb.

“Can Azərbaycana, can dostlara, qardaşlara, Turana, türklərə, hər kəsə salam olsun. Zəfər Gününüz, Zəfər Günümüz mübarək olsun! TGRT-dən, İstanbuldan, Əkrəm Açıqəldən boyük sevgi və hörmətlər. Heç asan olmadı, həqiqətən də çətin idi. İllərdir qəlbimizdə qalan böyük yara idi Qarabağ. Nə bədəllər ödənildi, nə canlar verildi, amma geri çəkilmə olmadı. İşlər görüldü, hərbçilər, silahlar, Türkiyənin dəstəyi, Can Azərbaycanın möhkəm duruşu, ardından da o 44 günlük müharibə. Daha sonra Böyük Zəfər. İlk öncə şəhidlərə Allahdan rəhmət diləyirəm. Qazilərə, yaralılara keçmiş olsun diləyirəm. Bütün Azərbaycana, qardaşlarıma salamlar göndərirəm”, - Açıqəl bildirib.