Əbülfət Mədətoğlu : - Tənhalığın şəkili...

Ədəbiyyat 09:33 / 24.07.2024 Baxış sayı: 2446

 

Qapısını külək döyür ömrümün,

Pəncərəsin yağış edir nişangah...

İstəkləri çiliklənmiş könlümün -

Həsrətindən ,arada bir , ol agah!..

 

Ağırlığı işin görür buludun,

Gözlərimin kötüyüdü saralan...

Yarpağına vər düşübdü umudun -

Bir işıqdı - yavaş, yavaş qaralan!..

 

Kəsərin də avazıyıb tay səsim

Tək özüməm səni susub, dinləyən...

Tənhalıqdan üşüyən nəfəsimi -

Görməmişəm , bu günədək inləyən!.

.

Mənzərəsi uçuq - sökük bir həyat

Xatirələr təkəmseyrək işarır...

Bir səs göndər, lap olsa da səs boyat -

Gəlib görsün kirpiklərim yaşarır...