Ehtiram Ilham  - OLACAQ

Gündəm 14:01 / 25.07.2024 Baxış sayı: 2253

 

Yaxşısan, bu boyda yamanlar içrə,

Onsuz da sonunda yaman olacaq.

Heç fikir eləmə, vecinə alma,

Doğrular yalandan yalan olacaq.

 

Mürşüdün var isə mürid özünsən,

Təkkə sevdasına dalan sözünsən.

Tanrını ruhunda görən gözünsən,

Yoxsa nəyin varsa talan olacaq.

 

Yığ, nə ki dərdin var, can hələ cansa,

Bilənin bilməsin, qananın qansa.

Dostlardan nə görüb, nə alıbsansa

Sonunda dostlara qalan olacaq.

 

Ehtiram bir görüb, bir də nə görsün,

Könlünü bu yurdun yolunda sərsin.

Bir dəfə yaşadı, bir daha gəlsin,

Yenə bu dünyada haman olacaq.

24.07.24.